BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalının yeni sayı çapdan çıxıb

04/06/2018

Bakı Dövlət Universiteti və Jomard Publishing nəşriyyatının birgə təsis etdiyi “New Materials, Compounds and Applications” (NMC&A) jurnalının yeni sayı çapdan çıxıb. Jurnal kimyanın, kimya mühəndisliyinin, birləşmələr nəzəriyyəsinin və materialşünaslığın kəsişməsinə aid olan müasir fundamental tədqiqat nəticələrini əks etdirən rəyləşdirilmiş nəzəri, praktiki və eksperimental məqalələrin, icmalların, qısa xəbərlərin çapını nəzərdə tutan açıq elmi jurnaldır. Jurnalın baş redaktoru akademik Abel Məhərrəmovdur.

Jurnalın 2017-ci ilin dekabrında çapdan çıxmış birinci sayında Armando J. L. Pombeiro, Hirotaka Ihara, N.V. Kozak, Hiroki Noguchi və s. kimi dünyada məhşur alimlərinin məqalələri çap olunub.

Jurnalın bu sayına materiallar və birləşmələr nəzəriyyələrinin və tətbiqlərinin müxtəlif aspektlərinə həsr edilmiş ciddi elmi tutumlu, rəyləşdirilmiş məqalələr daxil edilib. Diqqətəlayiq haldır ki, yeni təsis olunmasına baxmayaraq, jurnal artıq ciddi beynəlxalq indeksləmə sistemlərinə daxil olub, dünya alimlərinin diqqətini ciddi bir elmi nəşr kimi cəlb etməyə başlayıb. Elə bunun nəticəsidir ki, jurnalın ikinci sayına daxil edilən məqalələr də kifayət qədər tanınmış alimlərə aiddir. Jurnalın nəşri sistematik olaraq davam etdiriləcəkdir.

Jurnala daxil edilən məqalələr uyğun profilli tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Jurnalın tam məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://jomardpublishing.com/journals.aspx?lang=az&id=12&menu=8&info=

 

Mətbuat və informasiya şöbəsi, 4 iyun 2018-ci il.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026