BDU və Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

24/05/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Konya Texniki Universitetinin rektoru Babür Özçeliki qəbul edib.

Rektor Elçin Babayev qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verib. Bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindəndir. Rektor qardaş Türkiyə universitetləri ilə əməkdaşlıqda, ikili diplom proqramlarının qəbulu, birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsində maraqlı olduğunu deyib.

Konya Texniki Universitetinin rektoru Babür Özçelik qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib.

Görüşdə BDU və Konya Texniki Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026