BDU və Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi davam edir

31/05/2022

Bakı Dövlət Universiteti (BDU) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Mədəni gənclik” layihəsi davam edir.

Layihə çərçivəsində BDU tələbələrindən ibarət 300 nəfərlik qrup seçilib. Həmin tələbələr iki ay ərzində həftədə iki dəfə olmaqla nazirliyin xətti ilə keçirilən bir tamaşa və bir konsert proqramına bilet əldə ediblər. Biletlərin ödənişi BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilib.

Tələbələrə tamaşa və konsertlər haqqında təqdimat edilib, yaradıcı heyət haqqında ətraflı məlumat verilib. “Mədəni gənclik” layihəsinin məqsədi tələbələrin dünyagörüşünü daha da zənginləşdirmək, teatr və konsertlərə marağını artırmaqdır.

İndiyədək layihə çərçivəsində tələbələrin quruluşçu rejissor Aleksandr Şarovskinin "Musyo Jordan" (M.F.Axundzadə), quruluşçu rejissor Azər Paşa Nemətovun "Ölülər" (C. Məmmədquluzadə ), quruluşçu rejissor Samir Qulamovun "Paris Notr-Dama ithaf" ( V. Hüqo) tamaşaları və Bakı Kamera Orkestrinin konsertinə gedişləri təşkil olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
02/06/2026