BDU və Milli Observatoriya arasında əməkdaşlıq çərçivəsində növbəti təlim

02/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən tələbələrə PR və marketinq üzrə növbəti təlim keçirilib.

Proqram çərçivəsində iştirakçılara PR və marketinqin əsas prinsipləri, bu sahədə qlobal trendlər, uğurlu beynəlxalq PR kampaniyalarının nümunələri, etik davranış qaydaları və effektiv şəbəkələşmə strategiyaları barədə məlumat verilib.

Təlim vizual materiallarla zənginləşdirilib və interaktiv müzakirələr əsasında aparılıb. Tələbələr real situasiyalar üzərində “Case Study” tapşırıqları yerinə yetirərək, PR alətlərinin tətbiqini praktiki şəkildə öyrəniblər. Təlim zamanı tələbələrə PR və marketinq sahəsində karyeraya başlama yolları barədə geniş izah və faydalı tövsiyələr təqdim olunub.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026