BDU və NDU Elmi kitabxanaları arasında onlayn görüş

10/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası ilə Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasının əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə əsas məqsəd beynəlxalq elektron məlumat bazalarına yeni çıxış imkanlarının müzakirə edilməsi olub.

BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova qurumun metodik mərkəz kimi gördüyü işlər, fəaliyyəti, resursları, strukturu, keçirdiyi tədbirlər haqqında iştirakçılara qısaca məlumat verib. O, nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əməkdaşlığın qurulmasında rəhbərlik etdiyi kitabxananın fəaliyyətindən danışıb.

NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova isə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, inkişaf perspektivləri, abunə olduğu akademik bazalar, beynəlxalq nəşrlər, elektron kitabxana resursları barədə məlumat verib.

BDU-nun Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) fəaliyyəti, üzvləri, gələcək perspektivlərindən söz açıb. Həmçinin konsorsium çərçivəsində EIFL.net beynəlxalq kitabxana konsorsiumu ilə qurulan əlaqələr, konsorsium üzvlərinə təqdim edilən xidmətlər, EBSCO nəşriyyatına abunəlik və EIFL.net Konsorsiumuna üzvlük istiqamətində görülən işlərdən danışıb.

Sonda qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026