BDU və “Paşa Bank"ın birgə təşkilatçılığı ilə tələbələr üçün təlim

13/05/2022

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Bank"ın birgə təşkilatçılığı ilə "Data elmi - nəzəriyədən təcrübəyə" mövzusunda tələbələr üçün növbəti təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov data elmi ilə bağlı yeniliklərin tələbələrin gələcək karyera imkanlarına töhfə verəcəyini bildirib. Böyük məlumatların emal edilməsinin gələcəyin trendi olduğunu qeyd edən Vasif Həsənov tələbələrə bu kimi  təlimlərdə iştirakın vacibliyini xatırladıb.        

Sonra “Paşa Bank”ın Data elmi şöbəsinin müdiri İlker Kurtuluş mövzu ilə bağlı təlimə başlayıb. Data elmi haqqında geniş məlumat verən İlker Kurtuluş bu sahənin əmək bazarında yeni olduğunu bildirərək, tələbələrin özlərini bu istiqamətdə inkişaf etdirmələrini tövsiyə edib.

Görüşdə BDU təhsilalanlarının əmək bazarının yeni ixtisaslarına adaptasiyası, yumşaq bacarıqlarının yaxşılaşdırılması məqsədilə bank tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi,  istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026