BDU və Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb

08/12/2023

BDU nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və Pekin Xarici Dillər Universitetinin rektoru Yanq Danq imzalayıb.

İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev Universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, ÇXR universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətindəki geniş və qarşılıqlı faydalı əlaqələrin perspektivləri barədə danışıb. BDU-da tələbələrin bilik və bacarıqlarını artırmaları üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.

Pekin Xarici Dillər Universitetinin vitse-prezidenti Jia Dejong (Jia Dezhong) ikitərəfli əməkdaşlığın genişləndirilməsində, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb. Görüşdə həmçinin, universitetin Asiya fakültəsinin dekanı professor Su Yinqinq, dekan müavini Qu Ciayün, Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Beynəlxalq mübadilə və əməkdaşlıq ofisinin direktor müavini Qonq Jinq və ofisin Beynəlxalq mübadilə sektorunun rəhbəri Quan Sin iştirak ediblər.
Görüş zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin yaradılması, təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili kafedrasında Azərbaycan dili ixtisasının tədrisi ilə bağlı məsələlərə diqqət yönəldilib.

Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasında təhsil alan sonuncu kurs tələbələrinin BDU-da təcrübə keçməsi, akademik heyətin mübadiləsi imkanları müzakirə olunub. Ölkəşünaslıq və regionşünaslıq üzrə birgə elmi tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

İmzalanan anlaşma memorandumunun mǝqsǝdi tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində yaxın gələcəkdə birgə ikili diplom proqramlarının yaradılması istiqamətində işlərin sürətləndilirlməsi, müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, ilkin mərhələdə magistratura və doktorantura sǝviyyǝlərindǝ, sonralar isə bakalavriatura səviyyəsində də kadrların mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfransların, seminarların, simpoziumların, təlimlərin birgə təşkili və keçirilməsidir.

Sonda müzakirə olunan mövzuları əhatə edən geniş fəaliyyət planının hazırlanmasına dair razılığa gəlinib.

Qeyd edək ki, 1941-ci ildə əsası qoyulmuş Pekin Xarici Dillər Universitetində 101 xarici dil, 121 bakalavr ixtisası tədris olunur. Pekin Xarici Dillər Universitetinin hazırda 81 ölkədən 324 universitet ilə əməkdaşlıq müqaviləsi mövcuddur. Onlardan 23 müqavilə üzrə adıçəkilən universitetin maliyyələşməsi əsasında birgə Konfutsi İnstitutu fəaliyyət göstərir. Universitetin 8 professional magistr proqramı, kitabxanasında 1.52 miliyon kitab var.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024