BDU və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

26/09/2023

Özbəkistanda səfərdə olan Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Səmərqənd Dövlət Universitetinin rektoru, Özbəkistan Respublikası Ali Məclisinin Senatının üzvü, professor Rustam Xalmuradovla görüşüb.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm-təhsil müəssisələri xüsusi rola malikdir. Elçin Babayev Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, BDU və Özbəkistanın ali məktəbləri arasında uğurlu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafına töhfə olduğunu bildirib.

Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov da elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

Görüşdə iki universitet arasında təhsil və elm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026