BDU və Sosial Xidmətlər Agentliyinin nümayəndələri arasında görüş

07/03/2024

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində yaradılan İşçi qrupun görüşü keçirilib. Görüşdə İşçi qrupun üzvləri tədbirlər planını müzakirə edib, qarşıda duran hədəflərə dair fikir mübadiləsi aparıblar.

BDU rektorunun müşaviri Asiman İlyasov bildirib ki, Universitet Sosial iş ilə yanaşı, Təhsildə sosial-psixoloji xidmət, Korreksiyaedici pedaqoqika, Psixologiya və digər müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığına xüsusi önəm verir. Birgə əməkdaşlıq həmin tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin aşılanmasına da böyük töhfə verəcək.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova sosial xidmətin forma və növlərinə uyğun mütəxəssislərin hazırlanması üçün beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıb. İştirakçılara həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlər barədə məlumatlar verilib.

Tədbirlər planına uyğun olaraq növbəti bir il ərzində inklüziv tədbirlərin təşkili, mentorluq proqramı, Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə tələbələr üçün infoturlar, ustad dərsləri və digər mühüm layihələr icra olunacaq.

Eləcə də hər iki tərəfin mütəxəssisləri birgə sosial layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edəcəklər.

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026