BDU və İsrailin Ben-Qurion Negev Universiteti arasında anlaşma memorandumu imzalanıb

16/10/2025

Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və İsrailin Ben-Qurion Negev Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Ben-Qurion Negev Universitetinin vitse-prezidenti Dan Blumberq imzalayıblar.

Bu memorandum iki ali təhsil müəssisəsi arasında elm, təhsil və innovasiya istiqamətlərində əlaqələrin möhkəmləndirilməsinə, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsinə, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinə, həmçinin süni intellekt, kibertəhlükəsizlik, verilənlər elmi və informasiya texnologiyaları sahələrində birgə təşəbbüslərin formalaşdırılmasına xidmət edəcək.

Əməkdaşlıq çərçivəsində tərəflər elmi simpoziumlar, seminarlar və yay məktəbləri təşkil edəcək, elmi nəticələrin beynəlxalq səviyyədə paylaşılmasına və kommersiyalaşdırılmasına dəstək verəcəklər. Bu təşəbbüs həm də iki ölkə arasında akademik körpülərin qurulmasına, müasir elmi biliklərin mübadiləsinə və gənc tədqiqatçıların qlobal elm məkanına inteqrasiyasına töhfə verəcək.

Bu mühüm addım BDU-nun beynəlxalq əməkdaşlıq strategiyasına, xüsusilə də süni intellekt və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi islahatlara tam uyğun olmaqla yanaşı, Universitetin elmi potensialının daha da inkişafına xidmət edəcək.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026