BDU və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

01/09/2022

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova və BDU-nun rektoru Elçin Babayev imzalayıb.

Mərasimdə çıxış edən rektor Elçin Babayev 1 Sentyabr gününün tək BDU üçün deyil, ümumilikdə ölkəmiz üçün şərəfli günlərdən biri olduğunu, zəngin tarixə malik olan Universitetin 103 yaşını qeyd etdiyini bildirib, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayan rektor diqqətə çatdırıb ki, TKTA ilə imzalanan müqavilə BDU-da tədris prosesinin keyfiyyətinin daha da artmasına xidmət edəcək: “Agentlik təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması, təhsil fəaliyyətinin lisenziyalaşdırılması və s. kimi mühüm funksiyaları yerinə yetirir. Biz bu müqavilə vasitəsilə TKTA ilə hüquqi əməkdaşlığın əsasını qoyuruq”.

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas missiyası təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulmasıdır: “BDU öz qarşısına çox böyük hədəflər qoyub və bunun üçün lazımi  potensiala malikdir. Əməkdaşlıq çərçivəsində səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulması, təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün əlaqələndirici qismində dəstəyin göstərilməsi nəzərdə tutulur”.

Müqavilədə təhsilalanların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin inkişafına, təhsil proqramlarına dəstək göstərilməsi, təlim, müsahibə və digər tədbirlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq da nəzərdə tutulur.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
02/06/2026