BDU və Türkiyənin Akdeniz Universitetinin əməkdaşları arasında onlayn görüş

16/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi ilə Türkiyənin Akdeniz Universitetinin Coğrafiya bölməsi arasında elmi və akademik əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.

Görüşdə Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov, dekan müavinləri Eltac Cəbiyev və Qoşqar Məmmədov, professor Aydın İbrahimov, müəllim Anar Nuriyev, Akdeniz Universitetinin Coğrafiya bölməsinin rəhbəri, professor Cemali Sarı, rəhbər köməkçisi Çağlar Çakır, professor Tuncer Demir və beynəlxalq əlaqələr koordinatoru Mehmet Tahsin Şahin iştirak ediblər.

Görüş zamanı professor Məqsəd Qocamanov BDU-nun və Coğrafiya fakültəsinin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Akdeniz Universitetinin nümayəndələri də təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyətinə dair təqdimatla çıxış ediblər. Tərəflər tələbə-müəllim mübadiləsi, birgə tədqiqat layihələri və elmi konfransların təşkili sahəsində əməkdaşlığa dair ilkin razılıq əldə ediblər.

Görüş iki universitet arasında gələcəkdə davamlı və məhsuldar əlaqələrin qurulması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026