BDU və Türkiyənin Haliç Universiteti arasında əməkdaşlıq genişləndirilir

18/11/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Türkiyənin Haliç Universitetində olub, ali təhsil müəssisəsinin “Erasmus” ofisinin koordinatoru Serhat Orakçı ilə görüşüb.

Görüşdə BDU ilə Haliç Universiteti arasında bu ilin sentyabrında anlaşma memorandumunun imzalanması xatırladılıb, təhsil və tədqiqat sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Görüş zamanı BDU və Haliç Universiteti arasında “Erasmus+ KA171” mübadilə protokolunun imzalanması ilə bağlı razılığa gəlinib.

Əsası 1998-ci ildə qoyulmuş Haliç Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 17000 tələbənin təhsil aldığı Haliç Universitetində 12 fakültə, 1 məktəb, 1 texnopark və 65 laboratoriya fəaliyyət göstərir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026