BDU və Türkiyənin Kilis 7 Aralık Universiteti arasında anlaşma memorandumu imzalanıb

23/10/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Respublikasının Kilis 7 Aralık Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU rektoru Elçin Babayev və Kilis 7 Aralık Universitetinin rektoru Zekeriyya Akman imzalayıblar.

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev qonağa BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun türkdilli ölkələrlə, o cümlədən qardaş Türkiyənin ən tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rektor qeyd edib ki, hər iki universitet birgə elmi tədqiqatlar apara, ortaq layihələr, tədbirlər icra edə bilər.

Kilis 7 Aralık Universitetinin rektoru Zekeriyya Akman rəhbərlik etdiyi ali təhsil ocağının 12 fakültəsində 15 min tələbənin təhsil aldığını bildirib. O, xüsusilə iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı üzrə BDU ilə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026