BDU və Türkiyənin Çukurova Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb
27/07/2023
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Çukurova Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Çukurova Universitetinin rektoru Meryem Tuncel imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, Çukurova Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. QS WUR reytinqində 1401-ci pillədə yer alan Çukurova universitetində 19 fakültə, 4 institut, 11 peşə məktəbi və 1 konservatoriya fəaliyyət göstərir və 38000-ə yaxın tələbə təhsil alır.
Xəbərlər
18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
