BDU və Türkiyənin Özyegin Universiteti arasında anlaşma memorandumu imzalanıb

04/09/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Özyegin Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU rektoru Elçin Babayev və Özyegin Universitetinin rektoru Barış Tan imzalayıblar.

İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev qonağa BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun türkdilli ölkələrlə, o cümlədən qardaş Türkiyənin ən tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, Özyegin Universiteti ilə magistratura və doktorantura səviyyələrində uyğun istiqamətlər üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, hər iki universitet birgə elmi tədqiqatlar apara, ortaq layihələr, tədbirlər icra edə bilər.

Özyegin Universitetinin rektoru Barış Tan BDU ilə uğurlu əməkdaşlığın Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıdığını deyib. O bildirib ki, Özyegin Universiteti innovasiyalar, süni intellekt, mühəndislik, beynəlxalq münasibətlər, psixologiya sahələri üzrə BDU ilə əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Xəbərlər

BDU-nun doktoranturasına ixtisas fənnindən qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!

BDU-nun doktoranturasına ixtisas fənnindən qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!
05/09/2025

BDU ilə Özbəkistanın Beynəlxalq Maliyyə Texnologiyası və Elmi Məktəbi arasında anlaşma memorandumu imzalanıb