BDU və Türkmənistan Dövlət Universiteti birgə elmi konfrans keçirib

31/05/2021

Bakı Dövlət Universitetinin (BDU)  və Türkmənistan Dövlət Universitetinin (TDU) birgə təşkilatçılığı ilə “Mahtumquli Firaki və türkmən və Azərbaycan xalqları arasında mədəni-mənəvi əlaqələr” (“Махтумкули Фраги и духовно-культурные взаимосвязи между туркменским и азербайджанским народами”) mövzusunda universitetlərarası onlayn elmi konfrans keçirilib.

TDU-nun elmi hissə müdiri Murad Xodjakuliyevin moderatorluğu ilə keçirilən görüşdə TDU-nun Türkmən ədəbiyyatı kafedrasının müdiri, dosent Amannepes Şixnepesov, Xarici ədəbiyyat kafedrasının müdiri dosent Romanquli Mustaqov, Arxeologiya və etnoqrafiya kafedrasının baş müəllimi Bikə Divanqulıyeva, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimləri Tarix Dostiyev və Qənirə Pirquliyeva və tələbələr iştirak ediblər

Konfransda TDU-nun Türkmən ədəbiyyatı kafedrasının müdiri Amannepes Şixnepesov “Махтумкули - создатель нового поэтического дискурса”, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimi Tarix Dostiyev “Общие черты в культуре Азербайджана и Туркменистана в эпоху Низами Гянджеви”, TDU-nun  Xarici ədəbiyyat kafedrasının müdiri Romanquli Mustaqov “Махтумкули и туркмено-азербайджанские литературные связи”, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının baş müəllimi dosent Qənirə Pirquliyeva “Взаимоотношения между Парфией и Кавказской Албании в контексте нумизматических находок”, TDU-nun  Arxeologiya və etnoqrafiya kafedrasıının müəllimi Bikə Divanqulıyeva “Общность материально-духовной культуры туркменского и азербайджанского народов” mövzusunda məruzələrlə çıxış edib.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025