BDU və Özbəkistanın Daşkənd Hüquq Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

22/12/2021

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Daşkənd Hüquq Universiteti ilə arasında əməkdaşlıq sazişi imzalanıb.

BDU-nun Hüquq fakültəsi, Halle-Vittenberq Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Vilnüs Universiteti, Fransanın Lion2 Universitetinin birgə təşkilatçılığı ilə BDU-da keçirilən “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans çərçivəsində BDU ilə Daşkənt Hüquq Universiteti arasında hüquq sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın Daşkənt Dövlət Hüquq Universitetinin rektoru İslambek Rüstəmbekov imzalayıb.

İmzalanan saziş çərçivəsində hər iki universitet birlikdə elmi tədqiqatların aparılması və birgə hüquq sahəsində elmi fəaliyyətin həyata keçirilməsi, təhsil proqramlarının, xüsusən tələbə mobilliyi proqramlarının işlənilib hazırlanması, birgə seminar, konfrans, simpozium və digər tədris və elmi tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026