BDU və Özbəkistanın Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

25/04/2025

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikasının Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Nəvai Dövlət Universitetinin rektoru Mukhiddin Kalonov imzalayıb.

Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Əsası 1983-cü ildə qoyulmuş Nəvai Dövlət Universiteti Özbəkistanın nüfuzlu universitetlərindən biridir.

 

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026