BDU Vyetnam üçün 404 tələbə yetişdirib

03/07/2015

Vyetnam Kommunist Partiyası Ədliyyə İslahatları üzrə Mərkəzi İcra Komitəsinin daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrindən danışıb, münasibətlərin son vaxtlar sürətlə inkişaf etdiyini, prezident İlham Əliyevin Vyetnama səfərinin əlaqələrin inkişafında önəmli rol oynadığını bildirib. 1973-2014-cü illər ərzində BDU-nun kimya, geologiya, tətbiqi-riyaziyyat, mexanika-riyaziyyat, biologiya, şərqşünaslıq, fizika, hüquqşünaslıq, beynəlxalq münasibətlər fakültələrində təhsil alan vyetnamlı məzunların sayının 404 olduğuna diqqət çəkən rektor gələcək əməkdaşlıq məsələlərini də müzakirə edib.

Xanım Le Thi Thu Ban Bakı Dövlət Universitetində olmaqdan məmnun olduğunu, bu ali məktəbin Vyetnam üçün məzunların yetişdirilməsindəki roluna görə ölkəsində yaxşı tanındığını diqqətə çatdırıb və həmin məzunların dövlətin yüksək strukturlarında təmsil olunduğunu bildirib.

Görüşdə Azərbaycan və Vyetnam universitetləri arasında əlaqələrin inkişaf etdirilməsinin  vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mətbuat və informasiya şöbəsi, 03 iyul 2015-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026