BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

11/10/2018

Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə“Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə  Bakı Dövlət Universiteti öz stendi ilə təmsil olunur.

Açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov  Nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS)  şirkətinin ali məktəblərin beynəlxalq  reytinq sırasında Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin yer aldığını bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin daha iki beynəlxalq reytinq cədvəlində  qərarlaşdığını nazirin diqqətinə çatdırıb.

Qeyd edək ki, üç gün davam edəcək XII Beynəlxalq Təhsil  Sərgisində ziyarətçilərə Bakı Dövlət Universitetinin bakalavr, magistratura və  doktorantura pillələri barədə məlumat veriləcək. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanışolma şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən il keçirilən eyniadlı sərgidə Bakı Dövlət Universiteti “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilmişdi.

 

Mətbuat və İnformasiya şöbəsi, 11 oktyabr 2018-ci il.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026