BDU yenə fərqləndi

29/04/2020

BDU-nun tələbəsi “Tələbə baharı” tələbə-yaradıcılıq festivalının qalibi olub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinın təşəbbüsü ilə keçirilən “Tələbə baharı” XIII ümumrespublika tələbə-yaradıcılıq festivalının nəticələri məlum olub. 2020-ci il aprelin 1-dən 10-dək keçirilən onlayn seçim mərhələsində qaliblər musiqi (janrlar üzrə), xalq mahnıları, klassik musiqi (vokal), estrada musiqisi, pop musiqisi, muğam, rok, rəqs (janrlar üzrə), milli rəqslər (solo), müasir rəqslər (solo), dünya xalqlarının rəqsləri üzrə müəyyən edilib.

Festivalda Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin III kurs tələbəsi Kənan Məmmədli estrada musiqisi janrı üzrə birinci yerə layiq görülüb.

“Tələbə baharı” tələbə-yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. 2011-ci ildən etibarən festival Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil olunur. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

Festivalın qala-konserti bu il may ayının 29-da təşkil ediləcək.

Xəbərlər

BDU-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir

BDU-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir
04/12/2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş intellektual yarış 

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş intellektual yarış
04/12/2025

Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 20 “Maarifçi”dən 6-sı BDU məzunudur

Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 20 “Maarifçi”dən 6-sı BDU məzunudur
03/12/2025