BDU yeni cihazlar üçün razılığa gəlib

02/07/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Tokio Boeki şirkətinin prezidenti Keiji Takigava və  Ukrayna ofisinin icraedici direktoru Aleksey Şpakı qəbul edib.

Görüşdə universitet və Tokio Boeki şirkətinin əməkdaşlığından bəhs edilib.  Məlum olub ki, BDU bu şirkətin ümumi dəyəri 1200000,0$ civarında yüksək ayrıdetmə qabiliyyətinə malik skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometrini alıb və yeni yaradılan Yuksək Texnologiyalar Mərkəzi üçün yeni avadanlıqların almasını nəzərdə tutur.

Görüşdə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və beynəlxalq əlaqələr departamentinin rəhbəri Gülheyran Rəhimova da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 02 iyul 2015-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026