BDU yeni “Erasmus+” layihəsinin tərəfdaşıdır

14/09/2023

 

Avropa İttifaqının “Erasmus+KA2” proqramının “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (101082124 — DIRNA — ERASMUS-EDU-2022-CBHE) adlı layihəsi çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə Xəzər Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Xəzər Universitetinin koordinatoru olduğu layihənin məqsədi digər tərəfdaş ölkələrin – Türkiyə, İtaliya və Finlandiyanın təcrübəsi əsasında Azərbaycanın 8 ali təhsil müəssisəsində hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması və tədqiqat nəticələrinin idarə edilməsində universitetlərin tədqiqat potensialının artırılmasıdır. Elektron arxivin yaradılması universitet tədqiqatçılarının nəşr etdirdiyi məqalə, kitab və digər elmi nəşrlərin qorunub saxlanmasına, həmçinin bu materialların beynəlxalq aləmə çıxarılmasına zəmin yaradır. DIRNA yalnız keyfiyyətli elmi tədqiqatın üzə çıxması və idarə olunmasını təkmilləşdirmir, həm də tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləyir, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı saxlayır və təşviq edir.

Layihənin Avropadan tərəfdaş universitetləri Jyväskylä Universiteti (Finlandiya), İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə), Università degli Studi dell’Aquila (İtaliya), Azərbaycandan olan tərəfdaşları isə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.

Layihə BDU-nun Elmi Kitabxanasında 3 il ərzində icra olunacaq.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025