BDU Yessentukidə ilk rektorunun barelyefini açacaq

26/11/2015

Sabah (26 noyabr 2015-ci il) Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə universitetin yaradıcılarından biri və ilk rektoru, professor Vasili İvanoviç Razumovskinin Yessentuki şəhərində (Rusiya Federasiyası, Stavropol vilayəti) xatirə barelyefinin açılış mərasimi olacaq. 
Tədbir böyük alimin adını daşıyan küçədə (Yessentuki şəhəri, Kurort parkının girişi) keçiriləcək. Tədbir çərçivəsində professor V.İ.Razumovskinin məzarına əklil qoyulması və Yessentuki şəhər Tarix-diyarşünaslıq muzeyində BDU ilə bağlı guşənin açılışı nəzərdə tutulub. 
Qeyd edək ki, bir müddət öncə Yesentukidəki Tarix-diyarşünaslıq muzeyində professor V.İ.Razumovskiylə bağlı çoxsaylı arxiv sənədlərinin olmasını, məzarının bu şəhərdə olmasını, nəzərə alan rektor, akademik Abel Məhərrəmov bu istiqamətdə jurnalist araşdırmasının aparılması barədə təşəbbüs qaldırıb. Bundan sonra Lent.az saytının redaktoru Sebuhi Memmedli Yessentukiyə ezam edilib və apardığı araşdırma nəticəsində V.İ.Razumovskinin Bakı Dövlət Universitetinin yaranması, həmin dönəmdə gördüyü işlər və sonrakı fəaliyyəti ilə bağlı xeyli arxiv materialları aşkarlanıb.

Mətbuat və informasiya şöbəsi, 25 noyabr 2015-ci il.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026