BDU Özbəkistan-Finlandiya Pedaqoji İnstitutu ilə əməkdaşlıq edəcək

23/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistan-Finlandiya Pedaqoji İnstitutunda olub.

Səfər zamanı BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Özbəkistan-Finlandiya Pedaqoji İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Əkbər Səfərovla görüşüblər.

BDU nümayəndə heyəti Bakı Dövlət Universitetinin tədris və elmi fəaliyyəti, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri barədə geniş təqdimatla çıxış edib.

Görüşdə BDU və Özbəkistan-Finlandiya İnstitutu arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026