BDU Özbəkistanın daha iki universiteti ilə əməkdaşlığa başlayıb

30/09/2022

Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrində türkdilli ölkələrin ali təhsil müəssisələri ilə münasibətlərin qurulmasına xüsusi önəm verilir. Bu çərçivədə növbəti görüş Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti ilə olub.
BDU-da Özbəkistan nümayəndə ilə heyəti ilə keçirilən görüşdə rektor Elçin Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm-təhsil müəssisələri xüsusi rola malikdir. Elçin Babayev Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, BDU-nun Özbəkistanın ali məktəbləri ilə əməkdaşlığının iki ölkə arasında əlaqələrin inkişafına töhfə olacağına və qısa müddətdə real nəticələr verəcəyinə əminliyini bildirib.
Daha sonra BDU ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumuna əsasən, tərəflər tədris proqramlarının hazırlanması və mübadiləsi, inzibati və professor-müəllim heyətinin qısamüddətli və uzunmüddətli mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər. Akademik mübadilə proqramlarının hazırlanması, elmi tədqiqatlar sahəsində birgə əməkdaşlıq, elmi informasiya və materialların mübadiləsi də memorandumda əks olunub.
Görüşdə BDU ilə Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti arasında da əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə humanitar və təbiət elmləri sahəsində ortaq elmi tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərsləri, konfrans və simpoziumların keçirilməsi, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması nəzərdə tutulur.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026