BDU İzmir Yüksək Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək

30/09/2021

Bakı Dövlət Universiteti (BDU) və İzmir Yüksək Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev, İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov və rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev iştirak ediblər.

Görüşdə BDU-nun rektoru Elçin Babayev Universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, qardaş Türkiyə universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətindəki geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ümumiyyətlə, ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.

Görüş zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin yaradılması, təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.

İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

İmzalanan Əməkdaşlıq müqaviləsinin mǝqsǝdi tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, təhsilin bütün sǝviyyǝlərindǝ kadrların mübadiləsinin həyata keçirilməsi, adıçəkilən və qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfransların, sərgilərin, seminarların, simpoziumların, təlimlərin birgə təşkili və keçirilməsindən ibarətdir.

Qeyd edək ki, 1992-ci ildə əsası qoyulmuş İzmir Yüksək Texnologiya İnstitutunda tədris ingilis dilində aparılır. 6343 tələbənin təhsil aldığı universitetdə 18 bakalavr, 27 magistr və 19 doktorantura proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

Sonda universitetlərarası əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026