“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı”nın icrası üçün Bakı Dövlət Universitetinin Fəaliyyət Planı
BDU üzrə 27 aprel 2015-ci il tarixli
R-41 saylı əmrlə təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil nazirinin 21 yanvar 2015-ci il tarixli 35 nömrəli əmri ilə təsdiq olunmuş ““Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı”nın icrası üçün Bakı Dövlət Universitetinin Fəaliyyət Planı
N |
Tədbirlərin adı
|
İcra müddəti |
|
|
TN üzrə |
BDU üzrə |
|
1. |
Sənayenin müxtəlif sahələri üzrə assosiasiyaların yaradılmasının təşviqi |
Ayrı-ayrı sənaye müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələrin imzalanması, sənayenin müxtəlif sahələri üzrə yaradılan assosiasiyalara üzv kimi daxil olmaq |
2015-2020 |
2. |
Sənaye sahələrində işləyən mütəxəssislər üçün treninqlərin təşkili |
Azərsu ASC ilə bağlanmış müqavilə əsasında Azərsu ASC-nin mütəxəssisləri üçün treninqlərin təşkili |
2015-2017 |
4. |
Sənayenin gələcək inkişaf perspektivləri nəzərə alınmaqla, ali-texniki universitetlərin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının təkmilləşdirilməsi |
Sənaye müəssisələrində (Azərsu ASC, kimya texnologiyaları üzrə sənaye müəssisələri və s.) çalışan mütəxəssislərin BDU-da elm və tədris prosesinə cəlb edilməsi yolu ilə kadr potensialının gücləndirilməsi və məzunların çalışdığı sənaye müəssisələrinin təklifləri əsasında müvafiq tədris proqramlarının təkmilləşdirilməsi |
Mütəmadi |
5. |
Özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılması |
Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzinin yaradılması və özəl sektorun cəlb edilməsi yolu ilə onun fəaliyyətinin gücləndirilməsi |
2015-2020 |
6. |
Ali təhsil müəssisələri tərəfindən sənayenin inkişafı ilə bağlı elmi-tətbiqi, araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsinə və sənaye müəssisələri ilə əlaqələrin gücləndirilməsinə dair təkliflərin hazırlanması və təsdiq olunması |
Fizika, Kimya, Geologiya, Coğrafiya fakültələrində, Fizika Problemləri və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutlarında aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında sənayenin inkişafı üzrə təkliflərin hazırlanması və onların tətbiqi üzrə müvafiq sənaye müəssisələri ilə əlaqələrin gücləndirilməsi |
2015-2020 |
7. |
Texniki fənlər üzrə reytinqli beynəlxalq jurnallarda məqalələr çap olunmasının həvəsləndirilməsi mexanizminə dair təkliflərin hazırlanması və təsdiq olunması |
Fundamental və texniki fənlər üzrə indekslənən beynəlxalq jurnallarda məqlələr çap olunmasının həvəsləndirilməsi məqsədi ilə çap olunan belə məqalələrə görə müəlliflərin mükafatlandırılması, əmək haqqının diferensiallaşdırılması zamanı bu tip məqalələrin nəzərə alınması. |
2015-2020 |