BDU-da xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir

07/07/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Genetika kafedrasının müəllimi, elmlər doktoru proqramı üzrə doktorant Natəvan Baxşəliyevanın “Xurma cinsi (Diospyros L.) növlərinin müqayisəli filogenetik analizi və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda elmi seminarı keçirilib.

Məruzədə Şəki–Zaqatala iqtisadi rayonuna daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarından toplanmış xurma nümunələrinin kimyəvi və biokimyəvi tərkibi, mineral element göstəriciləri, həmçinin ISSR və SCoT molekulyar markerləri əsasında genetik müxtəlifliyinin tədqiqinə dair nəticələr təqdim olunub.

Qeyd edilib ki, tədqiqat zamanı meyvələrdə su, quru maddə, şəkər, askorbin turşusu, karotin, sellüloza, kül, yağ, azot və digər biokimyəvi göstəricilər müqayisəli şəkildə təhlil edilib. Molekulyar-genetik analizlər nəticəsində tədqiq olunan genotiplər arasında genetik oxşarlıq və müxtəliflik səviyyəsi müəyyənləşdirilib, UPGMA klaster analizi, Principal Component Analysis (PCA) və Principal Coordinates Analysis (PCoA) metodları vasitəsilə genotiplər arasındakı genetik əlaqələr qiymətləndirilib.

Seminar zamanı əldə olunan nəticələrin xurma genofondunun öyrənilməsi, perspektiv genotiplərin müəyyənləşdirilməsi, seleksiya proqramlarının elmi əsaslarının formalaşdırılması və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyəti vurğulanıb.

 

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026