BDU-da 10 noyabr - Dünya Elm Gününə həsr olunmuş beynəlxalq elmi seminar keçirilib

11/11/2021

Bakı Dövlət Universiteti (BDU), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin əməkdaşlarının, magistrantların, doktorantların və gənc tədqiqatçıların iştirak etdiyi seminarı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev tədbir iştirakçılarını təbrik edib və 2021-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Gününün “İqlim dəyişikliyinə hazır icmaların yaradılması” mövzusuna həsr olunduğunu bildirmişdir. Rektor qeyd etmişdir ki, ölkəmizdə elmin inkişaf etdirilməsində, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında BDU da aparıcı rol oynayır. Universitetdə aparılan struktur islahatları, təhsil və elmi-tədqiqata göstərilən xüsusi yanaşma və diqqət, həmçinin, mütəmadi olaraq təşkil edilən elmi konfranslar və seminarlar, elmi konfrans və seminarlara tələbələrin və gənc tədqiqatçıların cəlb olunması, elmi konfransların təşkilat komitəsində gənclərin yer alması son illər BDU-nun əməkdaşlarının beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunan məqalələrin həm sayının, həm də məqalələrə edilən istinadların sayının artmasına səbəb olmuşdur. Belə ki, Clarivate Analytics şirkətinin rəsmi məlumatına əsasən, BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan dərgilərdə artıq 3334 elmi əsər nəşr edilib. Bu əsərlərə 17786 dəfə istinad edilib. BDU-nun h-indeksi 47-yə, hər bir əsərə edilən istinadların orta sayı isə 5,3-ə qədər yüksəlib.

Daha sonra BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov “İqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri”, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov “Dunyada əhali problemləri və postpandemiya dövründə inkisaf yolları”, Türkiyə Respublikasının Bilkent Universitetinin professoru Əmirullah Məmmədov “Elitar tehsil haqqında. Bilkent Universitetinin NANOTAM Mərkəzində son elmi nailiyyətlər”, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun böyük elmi işçisi Faiq Əhmədov “Böyük Adron Kollayderində ultrarelyativistik protonların toqquşmalarında Hiqqs və vektor bozon cütünün əmələ gəlməsi prosesinin tədqiqi” və BDU-nun Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Ülviyyə Həsənova “Biotibbi materiallar. ICESCO-BDU birgə layihəsi haqqında” mövzularında məruzələrlə çıxış ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024