BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib

08/11/2019

Bakı Dövlət Universitetində 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş “Elmi-texniki tərəqqi dövründə təhsilin məzmunu və onun idarə edilməsi” mövzusunda dəyirmi masa keçirilib. Universitetin yuxarı kurs tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi tədbiri Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıb. Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan prorektor, Ümumdünya Elm Gününün UNESCO-nun qərarı ilə təsis edildiyini deyib. Bildirib ki, 2001-ci ildə UNESCO-nun Baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə ümumdünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Aydın Kazımzadə həmçinin Ümumdünya Elm Gününün məqsədinin beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaq olduğunu deyib.

Sonra professor Aydın Kazımzadənin “Elmi-texniki tərəqqi dövründə təhsilin məzmunu və onun idarə edilməsi” mövzusunda məruzəsi dinlənilib. Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova “Davamlı inkişafın təmin edilməsində təhsil və elmin rolu” adlı məruzə ilə çıxış edib.

Məruzələr əsasında çoxsaylı çıxışlar dinlənilib, iştirakçııların sualları cavablandırılıb. Tədbirin sonunda çıxışlarda səsləndirilən fikir və təkliflərin ümumiləşdirilərək rektorluğa təqdim ediləcəyi, universitetin gələcək inkişaf hədəfləri müəyyən edilərkən istifadə olunacağı qeyd edilib. Tədbirin sonunda çıxışlarda səsləndirilən fikir və təkliflərin ümumiləşdirilərək rektorluğa təqdim ediləcəyi, universitetin gələcək inkişaf hədəfləri müəyyən edilərkən istifadə olunacağı qeyd edilib.

Qeyd edək ki,  Ümumdünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd olunur.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024