BDU-da 12 Aprel - “İnsanın Kosmosa Uçuşu” Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib

12/04/2021

Bu gün Bakı Dövlət Universitetində 12 Aprel - “İnsanın Kosmosa Uçuşu” Beynəlxalq Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Moderator, BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin müdiri, professor Mais Süleymanov vurğulayıb ki, 1961-ci ildə sovet hərbi təyyarəçisi Yuri Qaqarinin ilk pilotlu uçuşunun həyata keçirildiyi 12 aprel tarixi bütün dünyada, eləcə də Azərbaycanda Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir.

Giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyanın kosmik sənaye sahəsindəki nailiyyətləri Azərbaycanda bu elmin və sənayenin inkişafına böyük təkan verib. Bu sahədə yeni elm və istehsalat sahələri yaranıb, milli kadrlar məktəbi formalaşmağa başlayıb. Rektor respublikamızda kosmik sənayenin yaradılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu nəzərə çatdırıb. Müstəqil ölkəmizin kosmik sənayesi isə Ulu Öndərin ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edib, bu sahədə bir sıra uğurlara imza atılıb. Ölkə başçısının “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2009-cu il 17 avqust tarixli Sərəncamı bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. 2010-cu il mayın 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin) Qafqazda əsas peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Ölkədə fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsinə, peyk kəşfiyyatı, naviqasiya rabitəsi, həmçinin ekoloji problemlərin və mülki təyinatlı məsələlərin həllinə öz töhfəsini verməkdədir.

E.Babayev çıxışında ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində digər sahələrlə yanaşı, kosmik sənaye sahəsində də bundan sonra da bir çox uğurlara imza atılacağını, doğma Azərbaycanımızın adının qabaqcıl kosmik ölkələr sırasında olacağına əminliyini ifadə edib.

Daha sonra “Azərkosmos” ASC sədrinin müavini Dunay Bədirxanovun  “Azərbaycanın peykləri”, Xəzər Universiteti EILINK Tədqiqat və İnkişaf Mərkəzinin baş məsləhətçisi Rüstəm Rüstəmovun “Tərsinə Astronomiya - məsafədən duyma və coğrafi məlumat sistemi”, AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadənin “Azərbaycanda aerokosmik tədqiqatlar”, Milli Aviasiya Akademiyasının doktorantı Sona Quliyevanın  “Aerokosmik sahədə Milli Aviasiya Akademiyasının fəaliyyəti”, Milli Aviasiya Akademiyasının tələbəsi Sərxan Ağadadaşovun “Qlayder - peyk  tipli uçan aparat layihəsi”, dizayner və fotoqraf, həvəskar astronom, Azərbaycan Astroklubunun üzvü Faiq Nağıyevin  “Azərbaycanda astrofotoqrafiya: Kosmos fotolarda” mövzusunda məruzələri dinlənilib.

 

 

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024