BDU-da 12 noyabr – Konstitusiya Günü qeyd edilib

12/11/2019

Bakı Dövlət Universitetində 12 Noyabr- Konstitusiya Günü ilə bağlı tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri, rektor Elçin Babayev açıb. Konstitusiyanın Azərbaycanın müstəqil inkişafının fundamentini təyin edən əsas sənəd  olduğunu qeyd edən rektor, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında  hazırlanan, 1995-ci ildə ümümxalq səsverməsi yolu ilə qəbul edilən konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini diqqətə çatdırıb. Daha sonra rektor Elçin Babayev konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan tarixi inkişafının yeni bir mərhələsinin başlandığını vurğulayıb. Bu sənədin  ölkədə insan və vətəndaş hüquq azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyini, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib. Əli Hüseynli həmçinin bu ali qanunun yaradılmasında Bakı Dövlət Universitetinin elm xadimlərinin də müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev beynəlxalq təşkilatların Azərbaycan konstitusiyasına yüksək münasibətindən bəhs edib, ali sənədin qəbulundan sonra Azərbaycanın kifayət qədər beynəlxalq müqavilələrin iştirakçısı, beynəlxalq təşkilatların üzvü olduğunu deyib.

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026