“13-cü Bakı Yapon dili Natiqlik Müsabiqəsi” - VİDEO

29/09/2014

“13-cü Bakı Yapon dili Natiqlik Müsabiqəsi”, bu il sentyabrın 28-i, saat 12:30-da Bakı Dövlət Universitetində keçirilib. Müsabiqə Bakı Dövlət Universitetinin təşkilatçılığı və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi, Azərbaycan Dillər Universiteti və Bakı Yaponlar Cəmiyyətinin dəstəyi ilə baş tutub.

Hər il, bu müsabiqədə yapon dili ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələr yapon dili bacarıqlarını 5 dəqiqəlik nitq zamanı nümayiş edirlər. Və bu il sayca 13-cü Natiqlik Müsabiqəsində 16 nəfər tələbə gündəlik təhsillərini nümayiş etdirib birincilik uğrunda mübarizə aparıblar. Birincilik əldə edən tələbə, “MDB ölkələrinin Moskva Yapon dili Natiqlik Müsabiqəsində” çıxış etmək hüququ qazanıb.

13-cü Bakı Yapon dili Natiqlik Müsabiqəsində adı aşağıda qeyd olunan tələbələrin çıxışı olub. (Bütün nitqlərin məzmunları tələbələrin çıxışı zamanı elektron panel üzərində Azərbaycan dilinə tərcümə olunub).

Sıralama

Tələbənin adı/soyadı

Universitet

Kurs

Nitqin adı

1

Pərlanov Teymur

ADU

3

Stresdən qurtulmaq yolu

2

Kərimov Üzeyir

BDU

2

Çay əhvalatı

3

Ələkbərova Nigar

BDU

2

Diləndirən uşaqlar

4

Əbiyev Rasim

ADU

4

Oruc

5

Abuzərova Firuzə

ADU

3

Sən ən güclüsən

6

Ömərli Leyla

BDU

3

Gələcəyi indidən qoruyaq

7

Abdullazadə Zümrüd

ADU

3

Heroqlif dərsi

8

Muradlı Röya

BDU

2

Uzun ömür yaşamaq

9

Mayıslı Məryəm

ADU

2

Öyrənmək istədiklərim

10

Axundova Vəfa

BDU

3

Ürəkdə yaşayan şeytan

11

Zeynalova Sürəyya

BDU

4

Yamato ürəyi

12

İsmayılzadə Mehriban

ADU

4

Balaca balıq və təbəssüm

13

Ağayeva Züleyxa

BDU

3

Tez evlənmək olmaz

14

İsmayılov İlkin

ADU

2

Mənim arzum

15

Məmmədli Aysel

BDU

4

Ürəyə açar

16

Qocayeva Nigar

ADU

3

Musiqinin dili

ADU = Azərbaycan Dillər Universiteti, BDU=Bakı Dövlət Universiteti

Tələbələrin çıxışlarından öncə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşinin salamlama nitqi olub. Media nümayəndələrini müsabiqədə AzTV, AzərTac və digərləri təmsil ediblər.

Müsabiqənin nəticəsi aşağıdakı kimi oldu:

  1. I yerin qalibi və səfirin xüsusi mükafatının sahibi – Zeynalova Sürəyya,  BDU,  4 kurs
  2. II yerin sahibi - Axundova Vəfa, BDU,  3 kurs
  3. III yerin sahibi - Məmmədli Aysel, BDU,  4 kurs
  4. IV yerin sahibi - Ömərli Leyla, BDU,  3 kurs
  5. V yerin sahibi - Muradlı Röya, BDU,  2 kurs
  6. VI yerin sahibi - Kərimov Üzeyir,  BDU,  2 kurs

 

Mətbuat və informasiya şöbəsi, 29 sentyabr 2014-cü il.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024