BDU-da 18 ixtisas və 26 ixtisaslaşma üzrə SABAH proqramı təşkil olunub

27/10/2025

2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetində (BDU) 18 ixtisas və 26 ixtisaslaşma üzrə SABAH proqramı təşkil olunub və 429 plan yeri ayrılıb.

Bu ixtisaslardan 11-i (“Beynəlxalq münasibətlər (tədris ingilis dilində)”, “Biotexnologiya”, “Fizika müəllimliyi”, “Hüquqşünaslıq”,  “Hüquqşünaslıq (tədris ingilis dilində)”,  “Kimya”, “Kimya müəllimliyi”, “Kompüter elmləri”, “Psixologiya”, “Riyaziyyat (tədris ingilis dilində)”, “Riyaziyyat müəllimliyi”) bakalavriat, 7-si (“Beynəlxalq münasibətlər (tədris ingilis dilində)”, “Biologiya”, “Fizika”, “Hüquqşünaslıq”, “Kimya”, “Riyaziyyat” və “Tarix”) magistratura səviyyəsi üzrədir.

Qeyd edək ki, proqramda iştirak edəcək tələbələrin siyahısı (yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələr nəzərə alınmaqla) hər bir ixtisas üzrə (magistratura pilləsində ixtisaslaşmalar nəzərə alınmadan) müvafiq kvotalar nəzərə alınmaqla, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydasına” uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş tələbələr daxil olmaqla) görə ən yüksəkdən başlayan sıralamaya uyğun müəyyən edilir.

 

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026