BDU-da 2023/2024-cü tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir

20/07/2023

Bakı Dövlət Universitetində (BDU)  2023/2024-cü tədris ili üçün müvafiq ixtisaslar üzrə əcnəbi tələbələrin qəbulu davam edir. Qəbul prosesi üçün son müraciət tarixi 31 avqust 2023-cü ilə qədərdir.

Əcnəbi tələbələr tərəfindən təqdim ediləcək sənədlərin SİYAHISI:

1. Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);

2. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

3. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

4. Etibarlı sərhədkeçmə sənədi;

5. 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil)

6. Beynəlxalq pasport (fotoşəkil olan səhifə), pasportun etibarlılıq müddəti Universitetə müraciət olunan tarixdən sonra ən az 1 il 6 ay olmalıdır.

7. Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

8. Fəxri təltiflər, sertifikatlar,diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud oldugu halda);

 

Qeyd:

1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar Bakı Dövlət Universitetinə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində Bakı Dövlət Universitetinə sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

3. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidir.

 

TƏHSİL HAQQI ÖDƏNİŞLƏRİ HAQQINDA

 

ONLAYN MÜRACİƏT

 

Ünvan: Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33,AZ 1148 BDU, Bakı - 2023

Tel: (+994 12) 539 06 71; Email: epomd@bsu.edu.az

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024