BDU-da "20 Yanvar - tarixçilərimizin gözü ilə" adlı konfrans keçirilib

19/01/2022

Bakı Dövlət Universitetinin Tarix fakültəsində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "20 Yanvar - tarixçilərimizin gözü ilə" adlı konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov konfransı giriş sözü ilə açaraq 1990-cı il Qanlı Yanvar hadisələrinin əsas səbəblərini, Azərbaycanın müstəqilliyinə gətirib çıxaran Milli Azadlıq Hərəkatının başlanmasından bu günə xalqımızın qəhrəmanlıq səhifələrindən bəhs edib.

Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev 20 yanvar hadisələrində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığı, o vaxt SSRİ hakimiyyətində olan Qorbaçovun birbaşa göstərişi ilə Bakıya qoşun yeridilməsi faktlarını qeyd edərək, bildirib ki, mənfur ermənilər 20 yanvar hadisələrində də öz çirkin niyyətlərindən əl çəkməyərək eyni zamanda Qarabağda və digər rayonlarda da qırğınlar törədiblər.

Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, dosent Səidə Quliyeva milli müstəqillik yolunda 1989-cu ildən başlayan qırğınlardan başlayaraq bu günümüzə qədər Azərbaycan xalqının göstərdiyi şücaətdən, xalqın ayağa qalxması ilə Sovet hakimiyyətinin məğlubiyyətindən, nəticədə Azərbaycanın müstəqil respublikaya çevrilməyindən danışıb.

Tarix fakültəsinin TGT sədri Murad Hüseynli 20 yanvar hadisələrinə Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi qiymətin verilməsini, 20 yanvar şəhidlərinin unudulmaması üçün dövlətimizin atdığı addımları qeyd edib.

Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026