BDU-da 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərs keçirilib

22/01/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub.

Əvvəlcə 20 Yanvar faciəsi zamanı və Qarabağ uğrunda şəhid olan soydaşlarımızın unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərs Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam etdirilib. Knyaz Aslan mühazirədə sovet imperiyasının işğalçılıq siyasəti, 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında tələbələrə dolğun informasiya verib. Faciənin baş verməsindən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı hadisəyə cəsarətlə etiraz etməsini xüsusi vurğulayan Knyaz Aslan məhz Ulu Öndərimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verildiyini diqqətə çatdırıb.

Həmin dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələri tələbələrə nümayiş etdirib, eyni zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə nəticəsində bütün şəhidlərimiz kimi 20 Yanvar faciəsinin qurbanlarının da arzularının gerçəkləşdiyini, onların ideallarının qalib gəldiyini vurğulayan natiq Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən soydaşlarımızın əziz xatirələrinin hər zaman qədirbilən xalqımız tərəfindən yaşadılacağını bildirib.

Xüsusi dərs tələbələr tərəfindən diqqətlə dinlənilib, mühazirəçiyə çoxsaylı suallar ünvanlanıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026