BDU-da 20 Yanvar faciəsinə həsr olunmuş sərgi

19/01/2026

Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar foto və kitab sərgisi təşkil olunub.

Elmi Kitabxananın təşkil etdiyi sərgidə 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan, rus və digər dillərdə dərc olunmuş kitablar, Vətənimizin müstəqilliyi və torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz barədə nəşrlər, həmin müdhiş gecənin dəhşətlərini əks etdirən fotolar nümayiş olunur.

Sərgidə BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdlərinin qanlı Yanvar hadisələrini əks etdirən rəsm əsərləri də yer alıb.

Sərgi bir neçə gün davam edəcək.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026