BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi

19/01/2016

Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.

Universitetin rektoru, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixə ən amansız cinayətlərdən biri kimi düşdüyünü, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu və bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağını bildirib.

20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu deyən rektor faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rektor çıxışında qeyd edib ki, 20 Yanvar hadisələri zamanı Bakı Dövlət Universiteti də şəhidlər verib və hər il şəhidlərin əziz xatirəsini yad etmək üçün universitetin önündə ucaldılmış möhtəşəm abidə qarşısında anım mərasimi keçirilir.

Daha sonra çıxış edən professor İzzət Rüstəmov 20 Yanvarla bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Mətbuat və informasiya şöbəsi, 19  yanvar 2016-cı il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024