BDU-da “21 fevral - Beynəlxalq Ana Dili Günü” adlı kitab sərgisi

21/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi təşkil olunub.

Sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, müasir təzahür formalarını əks etdirən kitab, dərslik və dərs vəsaitləri, həmçinin dünyanın müxtəlif dilləri - türk, rus, ingilis, alman, fransız, yapon, Çin, ərəb, urdu, qədim roma dilləri, Qafqazda yaşayan tatların dilinə aid bir çox nəşrlər nümayiş olunur.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili statusuna yüksəldilməsi, dilimizin xarici təsirlərə məruz qalmadan qorunub saxlanılmasında əvəzsiz rolundan bəhs edən nəşrlər xüsusi işıqlandırılır.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026