BDU-da “28 May - Müstəqillik Günü” adlı kitab sərgisi

27/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında “28 May - Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi təşkil edilib. Sərgidə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması və Azərbaycanda dövlətçilik ənənələrinin bərqərar olunmasından bəhs edən nəşrlər, AXC-nin daxili və xarici siyasəti, ordu quruculuğu, AXC dövründə Bakı Dövlət Universitetinin yaranması kimi mühüm tarixi hadisələri özündə əks etdirən 50-yə yaxın kitab nümayiş olunur. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, dövlət müstəqilliyinin bərpa olunmasından və qorunmasından bəhs edən kitablar da yer alıb.

Sərgilənən nəşrlər sırasında “Azərbaycan Xalq Cümhuriyyəti haqqında Dövlət Qərarları”, “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, Nəsiman Yaqublunun “Cümhuriyyət qurucuları”, Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kimi arxiv sənədləri, habelə müxtəlif dillərdə çap olunmuş elmi əsərlərdən faydalanaraq qələmə alınmış kitablar da var.

Sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026