BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

06/05/2020

Mayın 6-da Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans öz işini davam etdirib.

Konfransda Biologiya fakültəsinin Bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli “Koronavirusun yayılmasında region amillərinin rolu”, magistrant-tələbələr “Koronaviruslarla mübarizədə dərman preparatlarının əhəmiyyəti və nanomateriallardan hazırlanmış vasitələrin istifadə edilməsinin perspektivləri” və “Sahib hüceyrə genomunun SARS-Cov-2 virusuna qarşı həssaslığa və SARS-Cov-2 virusunun immun sisteminin hüceyrələrinə təsiri” haqqında məruzə ilə çıxış ediblər.

Beynəlxalq konfransda Türkiyə Respublikasının Bozok Universitetinin Tibb fakültəsinin dosenti, toksikoloji analizlər və koronovirusla mübarizə məqsədilə yaradılmış laboratoriyanın müdiri Vüqar Türksoy koronavirus pandemiyasına qarşı müxtəlif ölkələrdə aparılan təxirəsalınmaz müdaxilə tədbirləri haqqında geniş məlumat verib, beynəlxalq standartlara cavab verən laboratoriyanın texniki imkanlarından söz açıb. Konfransda universitetlərarası ikitərəfli əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin perspektivləri müzakirə olunub.

Konfransda Pakistan Respublikasının vətəndaşı, BDU-nun Biologiya fakültəsinin doktorantı Məhəmməd Şoaib virusun inkişafı, yayılması, virus əleyhinə profilaktik tədbirlər kimi məsələlərə aydınlıq gətirib.

“Dünyanın ən böyük psixoloji təcrübələrindən biri: Koronavirus pandemiyası”na dair Psixologiya kafedrasının müəllimi Kazımova Kamilə və həmin fakültənin SABAH qrupunun tələbəsi Abdullayeva Ləman “Koronavirus pandemiyasının yaratdığı psixoloji problemlər və virusa yoluxmuş psixika haqqında”, Fəlsəfə kafedrasının müəllimi Hüseynov Elmar “Viruslar və fəlsəfə” təqdimat nümayiş etdiriblər.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Beynəlxalq konfrans sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026