BDU-da 2 gün davam edən Respublika virtual Elmi konfrans öz işini yekunlaşdırıb

14/05/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Gələcəyin alimləri" mövzusunda Tələbələrin V Respublika virtual Elmi konfransı ikinci günü ilə öz işini davam etdirib.

4 bölmədə iclasları davam etdirən konfransın Nəzəri fizika bölməsinə BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, dosent Məmməd Rəcəbov rəhbərlik edib. Nəzəri fizika bölməsində İ.Ə.Nəhmədov “Qara dəliklərdə informasiya paradoksu, holoqrafik prinsip”, İ.B.Heydərli “Ulduzların mənşəyi və təkamülünün ilk mərhələsi”, N.V.Mustafayeva “Kvark klasterlərinin nəzərə alınması ilə nn səpilməsi” məruzləri konfrans iştirakçılarının marağına səbəb olub.

Dosent Bəxtiyar Paşayevin sədrliyi ilə baş tutan İstilik fizikası və molekulyar fizika bölməsində O.G.Güləhmədov “ALA1-ARG2-PRO3 tripeptid fraqmentinin fəza quruluşunun tədqiqi”, T.İ.Qarakişili  “Antimikrob xassəli mis nanohissəciklərinin sintezi və stabilləşdirilməsi”, B.E.Əsgərovanın “İon elektrik keçiriciliyinin aktivləşmə parametrlərinin hesablanması” adlı təqdimatlar dinlənilib.

Bərk cisimlər fizikası bölməsində dosent Mehdi Mahmudovun sədrlik etdiyi iclasda Ş.Ş.Əliyeva “A2B6 birləşmələrinin nanoölçülü təbəqələrinin fotoelektrik və fotolyuminessensiya xassələri” məruzəsi, Ş.A.Axundova “NaCl kristalının ilişmə enerjisinin hesablanması və dissosasiya enerjisinin təyini”, M.H.Həsənova “Zn1-xSe(Mn)x təbəqələrinin optik xassələri” məruzələri maraqla qarşılanıb.

2 gün davam edən konfrasda 103 məruzə dinlənilib. Konfransın bağlanması zamanı Fizika fakültəsinin dekanı Məhəmmədəli Ramazanov konfransın işini yüksək qiymətləndirərək tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürüb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024