BDU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

01/04/2021

30 mart 2021-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirilib.  Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev mart soyqırımının Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olduğunu qeyd edərək 1918-ci il mart hadisələrinin mahiyyəti və nəticələri haqqında danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov "1918-ci il mart soyqırımı Azərbaycan tarixşünaslığında" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan tarixşünaslığında 1918-ci il mart soyqırımı mövzusunun tədqiqi, hadisələrin Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında təhlili, mart soyqırımını doğuran səbəblər, faciəli hadisələrin gedişi və ağır nəticələri, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə ilə bütün soyqırım qurbanlarının qisasının alınması və digər aktual məsələlərdən bəhs edib.

Daha sonra Tarix fakültəsinin dekanı vəzifəsini icra edən İbrahim Zeynalov, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi turizm və siyasi coğrafiyası kafedrasının müdiri Həbibə Soltanova, Tarix fakültəsi Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri Əli Babazadənin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş çıxışları dinlənilib.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026