BDU-da “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi
29/03/2024
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil edib. Sərgidə kitabxananın fondlarında mühafizə olunan, ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri dəhşətli qırğınlardan bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-yə yaxın kitab nümayiş olunur.
XX yüzillik ərzində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və separatizm tarixinin obyektiv təhlilini özündə əks etdirən, çoxsaylı arxiv sənədləri və materialları əsasında qələmə alınmış nəşrlər tariximizin bu dövrünü tədqiq edən oxucular üçün mühüm mənbə rolunu oynayacaq.




Xəbərlər
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
