BDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

29/03/2018

Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rektor, akademik Abel Məhərrəmov 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı törədilmiş soyqırımı aktının “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən erməni-daşnak millətçilərinin məkrli planlarının tərkib hissəsi olduğunu bildirib. Rektorümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilməsindən, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamının əhəmiyyətindən danışıb.

Sonra Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı faciənin tarixi barədə faktlarla məruzə edib. Tələbələr adından Biologiya fakültəsinin SABAH qruplarının tələbəsi Vəfa Mirzəzadə çıxışedib.

Sonda Jurnalistika fakültəsinin tədris teleradio studiyasında tələbələrin hazırladıqları soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Mətbuat və informasiya şöbəsi,  29 mart 2018-ci il.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026