BDU-da “3-cü Türk Filmləri Həftəsi” ilə bağlı tədbir keçirilib

17/11/2017

Bakı Dövlət Universitetində “3-cü Türk Filmləri Həftəsi” layihəsi çərçivəsində  tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki  dövlət” tarixi kəlamını xatırladıb, prezident İlham Əliyev və  prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasəti nəticəsində iki qardaş ölkə arasında sarsılmaz dostluq münasibətlərinin gündən-günə inkişaf etdiyini qeyd edib. Rektor Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi, səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə “3-cü Türk Filmləri Həftəsi”nin əhəmiyyətindən, müasir türk kinematoqrafiyasının inkişafından bəhs edib. Mədəniyyətlərin, elm və təhsilin inteqrasiyasının münasibətlərin ən sivili və ən uzunömürlüsü olduğunu vurğulayan rektor Abel Məhərrəmov “3-cü Türk Filmləri Həftəsi”nin işinə uğurlar arzulayıb,  bu layihənin təşəbbüskarlarına təşəkkür edib.

Sonra Türkiyə səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi “3-cü Türk Filmləri Həftəsi” layihəsi haqqında məlumat verib.

Daha sonra türkiyəli qonaqalar - “3-cü Türk Filmləri Həftəsi”nin ümumi koordinatoru, rejissor Öner Kılıç, aktyorlar - Qaye Turqut, Mehmet Usta, Meltem Miraloğlı, rejissorlar- Caner  Erzincan, Bilal Babaoğlu, Sinan Sertel, prodüserlər-Ahmet Edebali, Turqay Şahin, Star qəzetinin mədəniyyət bölməsinin redaktoru Bedir Acar  və “Yeni Şafak” qəzetinin əməkdaşı Ayşe Olqun çıxış ediblər. Onlar  “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfinin Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğ olunduğunu deyiblər. Çıxışçılar bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələn rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşlərinin keçirilməsi, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparmasının önəmindən bəhs ediblər.

Qeyd edək ki, “3-cü Türk Filmləri Həftəsi”çərçivəsində yerli tamaşaçılar “Yeni dünya” filmi ilə yanaşı rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2017-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024