BDU-da “44 günlük Vətən müharibəsi: Dəmir yumruq və tarixi zəfər” adlı tədbir

09/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi: Dəmir yumruq və tarixi zəfər” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı səhifəsi olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Bildirib ki, şanlı Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb. Bu qələbəni özündə ehtiva edən şanlı Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür.

Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov Vətən müharibəsinin tarixi əhəmiyyəti, regionda yaranan reallıqlar barədə tələbələri məlumatlandırıb. O, yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən biri olduğunu diqqətə çatdırıb.

Daha sonra Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müəllimi Ruslan Şəmiyev, qazi Musa Abbasov, Tarix fakültəsinin tələbələri Səbinə Abdullayeva, Nəbi Hüseynov və Geologiya fakültəsinin IV kurs tələbəsi Nigar Niftullayeva çıxışlarında ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin əhəmiyyətindən, azad edilən torpaqlarımızda aparılan quruculuq işlərindən danışıblar.

Sonda Vətən müharibəsində tarixi Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026